Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan Səhiyyə Nazirliyi növbəti sertifikasiya imtahanı keçirib

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər arasında növbəti sertifikasiya imtahanı keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 16-da mikrobiologiya ixtisası üzrə keçirilən imtahanda 20 həkim iştirak edib.

Mama-ginekologiya, anesteziologiya-reanimatologiya, dermatovenerologiya ixtisasları üzrə keçirilən müsahibədə isə iştirakçıların hər biri uğurlu nəticələr qazanıblar.

Növbəti test imtahanı neyrocərrahiyyə və stomatologiya ixtisasları üzrə fevralın 23-də keçiriləcək.

18 Fevral, 2011  03:28 Baxılıb: 2772
Teqlər :

Bu bölmədə