Azərbaycan prezidenti İranın informasiya texnologiyaları və kommunikasiya nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İranın informasiya texnologiyaları və kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, nazir Reza Tağıpur Ənvəri İran dövlət başçısının ölkəmizə son səfəri zamanı göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Azərbaycan prezidentinə minnətdarlıq etməyi prezident Mahmud Əhmədinejadın ona şəxsən tapşırdığını deyib. Nazir bildirdi ki, İran Prezidenti əmindir ki, belə yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi işinə xidmət edəcək. Reza Tağıpur Ənvəri İran Prezidenti Mahmud Əhmədinejadın məktubunu Azərbaycan dövlət başçısına təqdim edib.
18 Fevral, 2011 01:07 ⁄ Baxılıb: 1560
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |