MOK-un inzibati binasında təmirə başlanılıb
Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında təmir işlərinə başlanılıb. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin Simsar.az-a verdiyi məlumata görə, təmir işləri nəticəsində binanın daxili və xarici görkəmi dəyişəcək. Eyni zamanda qurumun əməkdaşları daha rahat şəraitdə çalışacaqlar: “Bura xaricdən tez-tez yüksək rütbəli qonaqlar gəlirlər. Biz də onları qəbul edirik. Binanı tikəndə kompüter, internet şəbəkəsi nəzərdə tutulmamışdı. İndi isə bütün otaqlarda bu şəbəkə qurulacaq. Bina 10 il əvvəl tikilib. 10 ildə bir dəfə əl gəzdirmək lazımdır, ya yox?”
17 Fevral, 2011 23:33 ⁄ Baxılıb: 1686
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |