Bakıda Azərbaycan və Kuba xarici işlər nazirləri arasında görüş keçirilib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə Kuba Respublikasının xarici işlər naziri Bruno Rodriges Pariyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Kuba arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişlənməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Təhsil sahəsində Azərbaycanla Kuba arasında SSRİ dövründən əməkdaşlığın aparıldığı bildirilərək bir çox kubalı tələbənin Azərbaycanın texniki və neft-qaz sahəsində ixtisaslaşan təhsil müəssislərində oxuduqları və məzun olduqları qeyd edilib.
17 Fevral, 2011 23:24 ⁄ Baxılıb: 1473
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |