Simsar.az | bizi özünüzə Simsar bilin
Braziliyalı futbolçu “Neftçi”yə qayıtdı

“Neftçi”nin braziliyalı futbolçusu Alessandro Viana da Silva Braziliyada müalicəsini başa vuraraq, Bakıya qayıdıb.

Ötən il Unibank Premyer Liqasında “Gəncə” ilə görüş zamanı zədələnmiş yarımmüdafiəçi klubun rəsmi saytına açıqlama verib. 

O, Braziliyada bərpa proseslərini də başa vurduğunu və artıq fərdi məşqlərə başladığını bildirib. Da Silva fevralın 17-də səhər məşqinə qatılıb. Fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak “sambaçı”ya fərdi məşqlər keçib: “Sabahdan etibarən Mehmet Akın verdiyi tapşırıqları yerinə yetirəcəyəm. Hazırlığı onun verdiyi məşq qrafikinə uyğun davam etdirəcəyəm”.

Premyer Liqanın XI turunda “Neftçi”nin Zaqatalada “Simurq”la keçirəcəyi səfər matçına yollana bilməməsinə təəssüflənən futbolçu “Özüm komandanın yanında olmasam da, ürəyim flaqmanladır. İnanıram ki, “6-lıq” oyunlarınadək tam hazır olub, komandama kömək edə biləcəyəm”.

17 Fevral, 2011  22:31 Baxılıb: 1770

Bu bölmədə