“Bloomberg” agentliyi Azərbaycan prezidenti ilə bağlı yanlışlığı aradan qaldırıb
“Bloomberg” agentliyi Azərbaycan prezidenti İlham Əliyevlə bağlı yol verilmiş yanlışlığı düzəldib. Agentliyin Bakı təmsilçiliyindən APA-ya bildirilib ki, fevralın 16-da yerləşdirilmiş məqalədəki yanlışlıq texniki xarakterli olub və bu gün aradan qaldırılıb. Qeyd edək ki, fevralın 16-da “Bloomberg” agentliyi bir məqalədə Azərbaycan prezidenti İlham Əliyevin foto şəklini yerləşdirib. Fotoşəklin alt yazısında isə “Azərbaycan dünyanın dördüncü ən böyük qaz ehtiyatlarının sahibi Türkmənistandan hələ konkret təklif gözləyir... Biz Türkmənistan qazının ötürülməsini təmin etməyə hazırıq” sözlərinin telefonla Əliyev soyadlı şəxs tərəfindən deyildiyi iddia edilir.
17 Fevral, 2011 21:44 ⁄ Baxılıb: 1558
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |