Simsar.az | bizi özünüzə Simsar bilin
Bərdədə narkomaniya əleyhinə tədbir keçirilib

YAP Bərdə rayon şöbəsinin Qadınlar Şurası yerli ziyalıların iştirakı ilə narkomaniya və QİÇS əleyhinə tədbir keçirib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, akademik Zərifə Əliyeva adına orta məktəbdə reallaşan dəyirmi masa «Narkomaniya və QİÇS-ə “yox” deyək-mənəviyyatımızı xilas edək» şüarı altında olub. Tədbirdə, Bərdə Rayon İcra Hakimiyyəti, təhsil şöbəsi, rayon gənclər-idman idarəsi, səhiyyə müəssisləri, polis şöbəsi və digər dövlət qurumlarının əməkdaşları, məktəb direktorları, Bərdədə fəaliyyət göstərən orta ixtisas məktəblərinin tələbələri və orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbirdə narkomaniya problemləri, narkotik vasitələrdən istifadə edənlər arasında yaş həddinin 12-13 yaşa enməsi barədə müzakirələr aparılıb. Qeyd olunub ki, hazırda Bərdə rayonunda 177 nəfər qeydiyyatda olan narkomaniya xəstəsi var.

17 Fevral, 2011  21:25 Baxılıb: 1638

Bu bölmədə