Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Kərimli XİN-in müvəkkili ilə görüşüb

AXCP sədri Əli Kərimli Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvell və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa,

Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi müvəkkili Patrisiya Flor ilə görüşüb. Bu barədə APA-ya AXCP-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkisi, seçkidən sonra ölkədəki vəziyyət, o cümlədən Azərbaycanda insan haqları, demokratikləşmə, Azərbaycanın Almaniya və Avropa ölkələri ilə münasibətləri müzakirə olunub. Azərbaycanın demokratikləşməsində Avropa Şurası, Avropa Birliyi və başqa Avropa strukturlarının rolu ətrafında xüsusi müzakirə aparılıb.

17 Fevral, 2011  18:32 Baxılıb: 1485

Bu bölmədə