Simsar.az | bizi özünüzə Simsar bilin
ATƏT sədri Klintonla Dağlıq Qarabağı müzakirə etdi

ATƏT-in sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb.

Ajubalis Cənubi Qafqaz regionunda problemlərə diqqət çəkərək münaqişələrin nizama salmasında irəliləyiş əldə olunmasını müzakirə edib. 

Dağlıq Qarabağ münaqişəsinə toxunan ATƏT sədri qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ və ətraf rayonlarda artan gərginlik azaldılmalıdır.

Sədr onu da bildirib ki, ATƏT təhlükəsizliyin və 2008-ci il avqust münaqişəsindən zərər çəkmiş rayonlara humanitar ehtiyacların təmin olunması üçün Cenevrə müzakirələri çərçivəsində işləyəcək.

17 Fevral, 2011  17:33 Baxılıb: 1544

Bu bölmədə