Simsar.az | bizi özünüzə Simsar bilin
İranda sabiq deputatlar həbs olundu

 Təbrizdə dövlət əleyhinə təbliğat aparmaqda təqsirləndirilən 2 nəfər həbs olunub.

Simsar.az -ın “kaleme.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə həbs edilənlər Musa Sakit və Əta Əlizadənin vəkili məlumat verib. O bildirib ki, Təbrizin 1 saylı İnqilab Məhkəməsi M. Sakiti dövlət əleyhinə təbliğat aparmaqda, “Azadlıq” hərəkatının toplantılarında iştirakda və bu hərəkata üzv olmaqda ittiham edib və barəsində 7 ay müddətinə həbs qərarı verib. Ə. Əlizadə də “Mübariz Müsəlman” və “Azadlıq” hərəkatına üzv olmaqda təqsirli bilinərək 91 gün müddətinə azadlıqdan məhrum edilib.

“Parlemannews.com” saytı isə sabiq millət vəkilləri Əhməd Həkimipur və Şəhribanu Amaninin polis tərəfindən saxlandığı barədə məlumat yayıb. Lakin onların həbsinin səbəbləri hələlik açıqlanmır.

17 Fevral, 2011  17:25 Baxılıb: 1563

Bu bölmədə