Simsar.az | bizi özünüzə Simsar bilin
“Hizbullah” liderindən növbəti hədə

“Hizbullah” lideri tərəfdarlarını İsrailin Qalilei vilayətini zəbt etməyə hazır olmağa çağırdı

Livandakı “Hizbullah” Hərəkatının lideri Şeyx Həsən Nəsrullah tərəfdarlarını İsrailin Qalilei vilayətini zəbt etməyə hazır olmağa çağırıb. Simsar.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Şeyx Həsən Nəsrullah bu bəyanatı “Hizbullah” liderlərindən biri olan və 19 il əvvəl İsrail aviasiyasının zərbəsi nəticəsində öldürülən Abbas əl-Musəvinin ölümünün ildönümü münasibəti ilə telekanalda çıxışı zamanı söyləyib. 

Qeyd edək ki, bir neçə gün əvvəl İsrailin müdafiə naziri Ehud Barak İsrail ordusunun yenidən Livan ərazisinə daxil ola biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, İsraillə Livan arasında sonuncu dəfə silahlı qarşıdurma 2006-cı ildə baş verib. Həmin vaxt Livan 1200 nəfər itirib ki, onların da əksəriyyəti dinc sakinlər olub. İsrail isə hücum zamanı 160 hərbçisini itirib. İsrailin əsas məqsədi “Hizbullah” hərəkatının əsas bazalarını ləğv etmək olsa da, niyyətinə çata bilməyib. Bu savaş İsrail ordusu üçün uğursuz sayılır.

17 Fevral, 2011  16:32 Baxılıb: 1582

Bu bölmədə