Simsar.az | bizi özünüzə Simsar bilin
Misirdə ölənlərin sayı açıqlandı

Misirdə prezident Hüsnü Mübarəkin istefası tələbi ilə 18 gün davam edən aksiyalarda ən azı 365 nəfər həyatını itirib.

Simsar.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu, Misir Səhiyyə Nazirliyinin hesabatında yer alıb. 

Səhiyyə Nazirliyin ölənlərin sayı ilə bağlı rəqəmin dəyişə biləcəyini də bildirib.

Qeyd edək ki, artıq Misirdə vəziyyət stabilləşir. Rəsmi Qahirə turizm şirkətlərini ölkədə turizm üçün artıq əlverişli mühit olduğuna inandırmağa çalışır. Misirin yeni rəhbərliyi turizm şirkətlərinin son günlər baş verən olaylarla bağlı zərərlərinin kompensasiya edəcəyini bəyan edib.

17 Fevral, 2011  15:56 Baxılıb: 1526

Bu bölmədə