Simsar.az | bizi özünüzə Simsar bilin
Yaxın Şərqdə davam edən qeyri-sabitlik səbəbilə neftin dünya qiymətləri yenə yüksəlib

Misir və Tunisin ardınca iğtişaşların başladığı Liviya və Bəhreyndə də siyasi durumun pisləşəcəyi barədə ehtimallar fonunda çərşənbə günü dünya bazarında neft qiymətləri yenidən yüksəlib.

Simsar.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, “NYMEХ” (New York Merchantile Ex) birjasında “Light Sweet Crude Oil” yüngül neft markasına olan mart fyuçersləri 0,49 dollar artaraq bir barel üçün 84,32 dollar olub.

Şimal dənizi neft markası olan “Brent Crude Oil” üçün isə aprel fyuçerslərinin dəyəri bir barel üçün 2,14 dollar artım ilə 103,78 dollar təşkil edib.

Ötən həftə qətiyyətli küçə nümayişlərdən sonra Misir prezidenti Hüsni Mübarək hakimiyyəti orduya dövr edərək istefa verib. Lakin bunun ardınca Yaxın Şərqdəki situasiya yenidən pisləşməyə başlayıb, Liviya, Əlcəzair, Yəmən və Bəhreyndə nümayişlər başlayıb.

17 Fevral, 2011  15:37 Baxılıb: 1693
Teqlər :

Bu bölmədə