Kəngərlinin Qıvraq qəsəbəsində Heydər Əliyev mərkəzi inşa edilir
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, tikinti-quruculuq tədbirlərinin davamı olaraq cari ildə rayonun Qıvraq qəsəbəsində ulu öndər Heydər Əliyev mərkəzi inşa edilir. İnşaat işlərini “Gəmiqaya” MMC həyata keçirir. 902 kvadratmetr ərazini əhatə edən mərkəz iki mərtəbədən ibarət olacaqdır. Binanın birinci mərtəbəsində lektoriyaların keçirilməsi üçün auditoriyalar, qonaq otağı, yeməkxana, 302 yerlik iclas zalı və başqa otaqlar olacaqdır. İkinci mərtəbədə isə burada çalışanlar üçün 8 otaq ayrılacaqdır. Hazırda binanın təməli qoyulur, torpaq işləri görülür. İnşaat meydançasında kifayət qədər texnika və işçi qüvvəsi çalışır.
17 Fevral, 2011 15:10 ⁄ Baxılıb: 1897
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |