Simsar.az | bizi özünüzə Simsar bilin
Məşhur müğənni oğurluqda ittiham edildi

Yeni çəkdirdiyi S&M klipi ilə dünyaya səs salan müğənni Rihannaya plagiatlıq etməsi ilə bağlı ittiham irəli sürülüb.

Simsar.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, tanınmış fotoqraf David LaChapelle müğənninin klipində istifadə olunan şəkillərin ondan oğurlandığını bildirib.

Fotoqraf 2002-ci ildə “Vogue” jurnalı üçün çəkdiyi fotoların Rihanna tərəfindən qanunsuz istifadə olunduğunu bildirib və məsələ ilə bağlı məhkəməyə müraciət edib.

Kimin haqlı, kimin haqsız olduğunu məhkəmə müəyyənləşdirəcək.

17 Fevral, 2011  14:57 Baxılıb: 1648

Bu bölmədə