Simsar.az | bizi özünüzə Simsar bilin
"Erməni Gücü"nün yüzə yaxın üzvü ABŞ-da həbs edildi

Simsar.az xəbər portalı Trend-ə istinadən bildirir ki, ABŞ-ın hüquq-mühafizə orqanları Cənubi Kaliforniyada  "Erməni Gücü" (Armenian Power) erməni etnik cinayətkar qruppunun 99 üzvünü çərşənbə günü həbs etdi, məlumatı Associated Press ABŞ Prokurorluğun nümayəndəsi Tom Mrojekə (Thom Mrozek)  istinadən yayıb.

Qruppa qarşı davam edən əməliyyatda yüzlərlə Kalifornia və federal polis əməkdaşları iştirak edib. Həbslər Qlendal (Glendale) və Şərqi Hollivudda (Los-Anceles sahəsi) həyata keçirilib.

"Erməni gücü"nün üzvləri reket, öldürmə, öldürməyə cəhd, adam oğurluğu, zorakılıq və digər cinayətlərdə ittiham ediliblər, xəbəri RİA Novosti verir.

Qrup həmçinin şəxsi məlumatların oğurlanması və fırıldaqçılıq ilə məşqul idi, agentlik bildirib.

17 Fevral, 2011  14:48 Baxılıb: 1531

Bu bölmədə