Simsar.az | bizi özünüzə Simsar bilin
Kreml Tehranı müdafiə edir

Rusiya rəhbərliyi, nüvə fəaliyyəti ilə ilə bağlı İrana yeni beynəlxalq sankiyalar tətbiq edilməsinə qarşı olduğunu bildirib.

Simsar.az xəbər portalı TRT-yə istinadən bildirir ki, Rusiya rəhbərliyi, nüvə fəaliyyəti ilə ilə bağlı İrana yeni beynəlxalq sankiyalar tətbiq edilməsinə qarşı olduğunu bildirib.

İngiltərənin paytaxtı Londonda həmkarı Vilyım Hög ilə görüş keçirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, görüşdən sonra keçirilən birgə mətbuat toplantısında, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında İranla bağlı fikir ziddiyyətlərinin olduğunu ortaya qoyub.

Lavrov, İrana birtərəfli qaydada sanksiya tətbiq edən Qərb ölkələrini isə yaxşı tərəfdaş olmamaqda günahlandırıb.

Sergey Lavrov, əlavə sankiyaların İran xalqının üzərindəki yükü artıracağını və onları dəstəkləmələrinə əngəl olacağını vurğulayıb.

17 Fevral, 2011  04:40 Baxılıb: 1616
Teqlər :

Bu bölmədə