Azərbaycanda 750 kq keyfiyyətsiz toyuq əti məhv edilib
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı Qaraçuxur qəsəbəsində yerləşən və Ruslan Şərifova məxsus istehsalat sahəsində istehsal olunmuş "Servelat" kolbasalarının üzərində saxlama müddətinin göstərilmədiyi aşkar edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir. Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı "Servelat" kolbasalarının gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə müəssisənin anbarında saxlama müddəti ötmüş 750 kq toyuq ətinin olduğu aşkar edilib. Nəticədə gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edilmiş 60 kq kolbasa və saxlama müddəti ötmüş 750 kq toyuq əti qanunvericiliyə müvafiq qaydada məhv edilib.
17 Fevral, 2011 02:56 ⁄ Baxılıb: 3087
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |