Simsar.az | bizi özünüzə Simsar bilin
"Universitetlərdə suyu kəsin ki, müsəlmanlar namaz qıla bilməsin"

Holland millətçidən yeni absurd "təklif".

Simsar.az xəbər portalı "Tanseerel"ə istinadən bildirir ki, Hollandiyanın Zul şəhərindəki Landşim Universitetinin rəhbərliyi müsəlman tələbələrin qüsl və dəstəmazları üçün ayrıca yer ayırıb.

Hollandiyanın ultrasağçı və şovinist Azadlıq Partiyasının sədri Gert Vilders isə buna qarşı çıxıb.
"Bu nə yenilikdir?! Univresitetlərdə suyu kəsin ki, nə Landşimdə, nə də başqa bir ali təhsil müəssisəsində müsəlmanlar namaz qıla bilməsinlər", - Vilders deyib.

Landşim Universitetindəki 17 min tələbədən 400-ü müsəlmanlardır.

Onlar namaz qılmaq üçün yer ayrılması xahişi ilə universitetin direktoru Bert Koserə müraciət etdikdə aldıqları cavab belə olub: "Xristianlıq başqa dinlərə qarşı çıxmır. İnsanın özünə sayğısı başqalarına hörmətdən başlayır".

17 Fevral, 2011  02:20 Baxılıb: 1569

Bu bölmədə