Simsar.az | bizi özünüzə Simsar bilin
Bəzi rayonlara avtobusların hərəkəti məhdudlaşdırılıb

Nəqliyyat Nazirliyinin müvafiq strukturları, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal və dəmir yolları qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Simsar.az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, yolların buz bağlamasını nəzərə alaraq bütün avtobuslar texniki baxışdan keçirilir, müvafiq normativlərə uyğun olan avtobuslar xəttə buraxılır. Avtovağzalda yaradılmış xüsusi komissiya bilet satışına və hərəkət cədvəlinə ciddi nəzarət edir. Regionlarda yolların qar örtüyü ilə bağlanması ilə əlaqədar bəzi istiqamətlərdə avtobusların hərəkəti məhdudlaşdırılıb. Bakı-Qazax istiqamətində hərəkətin intensivliyi nəzərə alınaraq avtobusların sayı artırılıb. Eyni zamanda, bölgələrdəki avtovağzalların da iş qabiliyyəti artırılıb.

17 Fevral, 2011  01:21 Baxılıb: 1648

Bu bölmədə