Simsar.az | bizi özünüzə Simsar bilin
“Azərsu” ASC-yə yeni sədr təyin edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin edib.

Dövlət başçısının Sərəncamı ilə Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, Q.Hüseynov bu təyinata qədər Azərbaycan Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti idi.

Qorxmaz Hüseynov 1965-ci ildə Cəbrayıl rayonunun İsaxlı kəndində anadan olub, iqtisadçı-mühəndisdir. Əmək fəaliyyətinə 1989-cu ildə “Xəzərdənizneftqaz” istehsalat birliyinin “Neft Daşları” neft-qaz çıxarma idarəsində başlayan Q.Hüseynov 2007-ci ilin dekabrınadək  ARDNŞ-in Sosial İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb.

17 Fevral, 2011  00:15 Baxılıb: 2451
Teqlər :

Bu bölmədə