Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa Şurasının Bakı ofisinin rəhbəri vəzifəsinə namizədin adı məlum olub

Avropa Şurasının Bakı ofisinin rəhbəri vəzifəsinə namizədin adı artıq məlumdur.

Bu, Yunanıstanın AŞ yanında keçmiş daimi nümayəndəsi, səfir Konstantin Qerokostopulosdur. Bu barədə Trend-ə çərşənbə günü AŞ-dəki mənbədən məlumat verilib.

Konstantin Qerokostopulos 1994-cü ildə Avropa İttifaqının Yuqoslaviyadakı müşahidəçi missiyasının (ECMM) başçısı, 1995-1998-ci illərdə isə Yunanıstanın Xorvatiyada, 2000-2004-cü illərdə isə İtaliyada səfiri vəzifələrində çalışıb. O, 2004-2008-ci illərdə Yunanıstanın AŞ yanındakı daimi nümayəndəsi olub. 2008-ci ildə Avropa Şurası baş katibinin Serbiyadakı xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

AŞ-də işlədiyi müddətdə Konstantin Qerokostopulos təcrübəli və təmkinli diplomat kimi tanınıb.

16 Fevral, 2011  23:06 Baxılıb: 1491

Bu bölmədə