Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanın xarici işlər naziri Ukraynaya işgüzar səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 23-də Ukraynaya işgüzar səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib. Kiyevdə Azərbaycan xarici işlər nazirinin ukraynalı həmkarı Konstantin Qrişenko ilə görüşü planlaşdırılıb. Görüş zamanı ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi gözlənilir.

Elmar Məmmədyarovun GUAM-ın fevralın 24-də Kiyevdə keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcəyi nəzərdə tutulur. Azərbaycanın XİN rəhbəri Ukraynadan Yunanıstana rəsmi səfərə yola düşəcək.

16 Fevral, 2011  22:31 Baxılıb: 1374

Bu bölmədə