Simsar.az | bizi özünüzə Simsar bilin
Amit Quluzadə Almaniyada əməliyyat olundu

“Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə Almaniyada əməliyyat olunub.

19 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında əməliyyatın uğurla keçdiyini bildirib. 

Artıq Vətəndə olan Quluzadə fevralın 22-dən yüngül məşqlərə başlayacaq. O, bərpa prosesindən sonra tezliklə komandasının sıralarına qoşulmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, Amit Quluzadə ötən ay Türkiyənin “Fənərbağça” klubunun düşərgəsində olsa da, “sarı-lacivərdlilər”lə anlaşa bilməyib. Ardından o, yığmamızın Dubay toplantısına qatılıb. Lakin həmin vaxt zədəli olduğundan, Quluzadənin əməliyyat olunmasına zərurət yaranıb. Bu səbəbdən, gənc futbolçu Birləşmiş Ərəb Əmirliklərindən birbaşa Almaniyaya yollanıb.

16 Fevral, 2011  21:27 Baxılıb: 1753

Bu bölmədə