Simsar.az | bizi özünüzə Simsar bilin
Qiymətlər bir ayda 1,73 faiz artıb

Yanvar ayında baş soğan 25,76 faiz, fındıq 10,67 faiz, quru noxud 5,85 faiz, şəkər tozu 3,20 faiz bahalaşıb

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a verilən məlumata görə, aparılmış statistik müşahidələr ay ərzində Azərbaycanda istehlak qiymətlərinin 1,73 faiz artığını göstərib. Bu zaman Bakıda qiymətlər 2,24 faiz, regionlarda isə 1,23 faiz artıb. On iki ay ərzində ölkədə 12,18 faiz inflyasiya baş verib.

Yanvar ayında qiymət və tariflərin məcmu və qruplar üzrə indeksləri müxtəlif səviyyələrdə dəyişib.


Dekabr 2010/ yanvar 2011
Yanvar 2010 /
yanvar 2011

Cəmi ərzaq malları və xidmətlər (İnflasiya)
+ 1,73
+11,18

Ərzaq malları, içkilər və tütün
+2,67
+21,15

Qeyri-ərzaq malları
+0, 89
+ 2,81

Xidmətlər
+0,31
+1,92



2010-cu ilin dekabrına nisbətdə cari ilin yanvar ayında paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsi aşağıdakı kimi olub:


Cəmi mallar və xidmətlər üzrə
Ərzaq
Qeyri-ərzaq
Xidmətlər

Bakı şəhəri
+2,24
+3,24
+ 1,13
+0,97

Regionlar
+1,23
+2,10
+0,65
-0,35



Yanvar ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə baş soğan (25,76 faiz), fındıq (10,67 faiz), quru noxud (5,85 faiz), şəkər tozu (3,20 faiz), qeyri-ərzaq məhsullarından qadın üçün qış şərfində (10,87 faiz), ən çox ucuzlaşma xidmətlərdən hava sərnişindaşıma nəqliyyatı (respublika daxilində) (26,69 faiz ), ərzaq məhsullarından yer pomidoru (5,66 faiz), peçenyedə (4,80 faiz) qeydə alınıb.

Elxan SALAHOV

16 Fevral, 2011  20:47 Baxılıb: 1639

Bu bölmədə