Simsar.az | bizi özünüzə Simsar bilin
Şəxsiyyət vəsiqəsinin dəqiq qiyməti

Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi və əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqələrin verilməsi üçün rüsumlar açıqlanıb

Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi və ölkəyə gələn əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqələrin verilməsi üçün ödəniləcək rüsumları açıqlanıb.

Bu barədə məlumat BŞBPİ-nin internet səhifəsində yerləşdirilib. 

Məlumatda bildirilir ki, 16 yaşına çatmış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumlar zaman müddətindən asılıdır. Belə ki, şəxsiyyət vəsiqəsi vətəndaşa üç iş günü müddətində verildikdə 5 manat, üç iş günündən sonrakı müddətdə verildikdə isə 1 manat tələb olunur.

Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə 2 manat, şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə isə onun dəyişdirilməsinə görə
3 manat ödənilməlidir.

Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin verilməsinə görə isə hər bir əcnəbi 10 manat rüsum ödəməlidir.

16 Fevral, 2011  19:59 Baxılıb: 2668

Bu bölmədə