Fərhad Bədəlbəyli: “Ən əsası odur ki, “Mədəniyyət” kanalına şou-biznes ayaq açmasın”
“Ən əsası odur ki, şou-biznes “Mədəniyyət” kanalına ayaq açmasın. İstəməzdim ki, bütün günü ancaq konsertlər nümayiş olunsun. “Mədəniyyət” kanalında ilk növbədə maarifçilik olmalıdır”. Bu açıqlamanı APA-ya Üzeyir Hacıbəyli adına Bakı Musiqi Aakdemiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli verib. O bildirib ki, Rusiyada yayımlanan “Akademiya” verilişi olduqca maraqlı və maarifləndici verilişdir: “Mən günün bir neçə saatını bu verilişə baxıram. Düşünənlər ola bilər ki, bunun mədəniyyətə nə dəxli var, ancaq çox dəxli var. Çünki təhsil, mədəniyyət və elm bir yerdə olmalıdır. Mən bu cür verilişləri yerli kanallarda görməmişəm. Bizdə belə verilişlər sadəcə primitiv krossvord şəklində olub. Amma akademiklərin mühazirə oxuması ilə bağlı bir proqram olmayıb. İstərdim ki, bütün şairlərimiz, Nizamidən başlayaraq bu günə qədər öz yerini tapsın. Ədəbiyyat, teatr, musiqi verilişləri - bütün dünyada bu sahədə işlər yeni tendensiyalar üzərində qurulub. Bu yeni tendensiyaları tamaşaçılarımıza göstərməli və öyrətməliyik”.
16 Fevral, 2011 19:53 ⁄ Baxılıb: 1884
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |