Simsar.az | bizi özünüzə Simsar bilin
QHT-lər korrupsiyaya qarşı mübarizə tədbirlərini alqışlayır

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyəti (MQF) Prezident İlham Əliyevə müraciət edib.

Sıralarında 600-dək QHT-ni birləşdirən MQF-nin müraciətdə deyilir: “Son dövrlərdə Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, vəzifədən sui-istifadə hallarına qarşı apardığınız mübarizəni təqdir edirik. Azərbaycanda demokratiyanın inkişafı, insanlarımız üçün ləyaqətli həyat səviyyəsinin təmin edilməsi, dövlətimizin imicinin beynəlxalq səviyyədə yüksəldilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması, respublikamızın qarşısında duran aktual problemlərin həlli bu mübarizənin uğurlu nəticələrindən çox asılıdır. Biz, Vətəndaş Cəmiyyəti təşkilatlarının nümayəndələri bu prosesdə fəal iştirak, əhali ilə dövlət arasında sivil münasibətlərin daha da dərinləşdirilməsi, Sizin dəfələrlə dediyiniz kimi dövlət orqanlarının fəaliyyəti üzərində ictimai nəzarətin təmin edilməsi üçün öz qüvvələrimizi səfərbər etməyə, Sizə və müvafiq dövlət orqanlarına hər cür ictimai dəstək verməyə hazır olduğumuzu bildiririk”.

Müraciətdə daha sonra qeyd olunub ki, MQF dövlət plan və proqramlarının yerinə yetirilməsi, qəbul edilmiş qanunların icrası, insan hüquqlarının qorunması vəziyyətinin monitorinq edilməsi, ictimai dinləmələrin keçirilməsi, QHT-lərin fəaliyyətinin sözügedən yöndə səfərbərliyə alınmasını təşkil edə bilər.

16 Fevral, 2011  19:53 Baxılıb: 1436

Bu bölmədə