Simsar.az | bizi özünüzə Simsar bilin
“Eurovision 2011” təmsilçilərimizin müsabiqə hazırlıqlarına start verilib

“Eurovision 2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Eldar Qasımov və Nigar Camal duetinin rəsmi veb-saytı istifadəyə verilib.

Duet ilə bağlı ən son məlumatları məhz bu saytdan əldə etmək mümkündür. İnternet səhifəsində təmsilçilərimizin fotosessiyaları, seçim turlarında və milli final konsertindəki maraqlı çıxışları, səsyazma studiyalarında mahnı yazılışlarından foto və videolar yerləşdirilib. 

Eurovisiontalents.com ünvanında yerləşən saytda o da qeyd olunub ki, Eldar və Nigar dueti “Eurovision 2011” mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək. Yarımfinal mərhələsi may ayının 10-da “Fortuna Düsseldorf Arena”da keçiriləcək. Məlumata görə, təmsilçilərimizin ifa edəcəyi mahnının adı martın 1-də məlum olacaq.

16 Fevral, 2011  19:27 Baxılıb: 1817

Bu bölmədə