İran müxalifətinin lideri Mirhüseyn Musəvi 14 fevral hadisələri ilə bağlı xalqa müraciət edib
İran müxalifət liderlərindən Mirhüseyn Musəvi 14 fevral hadisələri ilə bağlı xalqa müraciət edib. APA-nın “kaleme.com” saytına istinadən verdiyi məlumata görə, Mirhüseyn Musəvi 14 fevralda keçirilən aksiyalarda şəhid olanların ailələrinə başsağlığı verib və göstərdiyi şücaətə görə azadlıqsevər xalqı ilə qürur duyduğunu deyib: “14 fevralda biz qüdrətli xalqın qadın və kişisinin şücaətinin şahidi olduq. Müxtəlif qadağalara baxmayaraq siz xalqda olan bəzi inamsızlıqları inamla əvəz etdiniz. Beynəlxalq aləmdə və daxildə bəzi qüvvələr bizi Amerika və İsrailin xüsusi xidmət orqanlarına bağlamaq istədilər. Amma siz bu iddiaları heçə endirdiniz. Yaşıllar hərəkatı siz xalqın əzminə və iradəsinə bağlıdır. Biz bu kimi aksiyalar və hərəkatlar nəticəsində sizin hüquqlarınızın bərpasına nail olacağıq. Biz İmam Xomeyni və xalqa verdiyimiz sözlərə vəfalıyıq”.
16 Fevral, 2011 19:14 ⁄ Baxılıb: 1515
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |