Simsar.az | bizi özünüzə Simsar bilin
Baş Mühafizə İdarəsinə rəis əvəzi təyin edildi

Mədət Quliyevin səlahiyyətlərini müvəqqəti olaraq Sabir Quliyev icra edəcək

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə rəis əvəzi təyin edilib. Bu barədə APA-ya Baş Mühafizə İdarəsindən bildirilib. Məlumata görə, idarənin rəis müavini, polis polkovniki Sabir Quliyevə Baş Mühafizə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilib. Daxili işlər naziri Ramil Usubovun yaxın günlərdə Baş Mühafizə İdarəsinə yeni rəis təyin edəcəyi gözlənilir. 

Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovun ötən gün tutduğu vəzifədən azad edilib. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev isə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat alıb.

16 Fevral, 2011  19:03 Baxılıb: 1606

Bu bölmədə