Türkiyədən Azərbaycana geniş tərkibli hərbi missiya gələcək
Yaxın vaxtlarda Türkiyədən Azərbaycana geniş tərkibli hərbi missiyanın səfəri gözlənilir. Bu barədə APA Türkiyədəki hərbi mənbələrə istinadən məlumat verib. Missiyanın tərkibində Türkiyə Silahlı Qüvvələrinin, Müdafiə Nazirliyinin və bu ölkənin müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin (Müdafiə Sənayesi Katibliyi, ASELSAN, ROKETSAN, Otokar və s. şirkətlərin) əməkdaşları təmsil olunacaq. Hazırda missiyanın səfər tarixi dəqiqləşdirilir.
16 Fevral, 2011 18:16 ⁄ Baxılıb: 1515
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |