Simsar.az | bizi özünüzə Simsar bilin
Dünya Bankı: ərzağın qiyməti təhlükəli həddə çatıb

Dünya Bankının prezidenti Robert Zellik bunun siyasi qeyri-sabitliyə səbəb ola biləcəyini söyləyib.

Dünya Bankının prezidenti Robert Zellik dünyada ərzaq məhsullarının qiymətinin «təhlükəli həddə» qalxdığını bəyan edib. Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Zellik bunun siyasi qeyri-sabitliyə səbəb ola biləcəyini söyləyib.
Dünya Bankının hazırladığı yeni məruzədə bildirilir ki, ötən il dünyada ərzaq məhsullarının qiyməti düz 29% bahalaşıb. Bu, 2008-ci ildə qeydə alınmış rekorddan cəmi 3% azdır.
Zellik bunun daha çox inkişaf etməkdə olan ölkələrə zərbə vurduğunu söyləyib. Çünki bu ölkələrin əhalisi o qədər də yüksək olmayan əməkhaqlarının demək olar ki, yarısını ərzağa xərcləyir.
Dünya Bankı ərzağın qiymətində artımın davam edəcəyini bildirir.

16 Fevral, 2011  17:48 Baxılıb: 1647

Bu bölmədə