Simsar.az | bizi özünüzə Simsar bilin
Baş nazirin müavini: “Azərbaycanda doktoranturaya qəbul planı çox yaxın gələcəkdə təsdiq olunacaq”

“Doktorantura ilə bağlı ümumi qaydalar artıq Azərbaycan Nazirlər Kabineti tərəfindən qəbul olunub. İndi konkret olaraq hansı təhsil müəssisələrinə nə qədər yer veriləcəyi ilə bağlı çox ciddi iş gedir”.

Bunu APA-ya açıqlamasında baş nazirin müavini Elçin Əfəndiyev deyib. E. Əfəndiyev bildirib ki, bununla bağlı əlaqədar təşkilatlarla birgə müzakirələr aparılır: “Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlar da bu müzakirələrə qoşulub. Çox yaxın gələcəkdə qəbul planı təsdiq olunacaq”. 

Qəbulun nə zaman olunacağı barədə suala isə baş nazirin müavini belə cavab verib: “Bu, əvvəlki illərdən də xeyli tez olacaq”.

16 Fevral, 2011  16:33 Baxılıb: 1574

Bu bölmədə