Simsar.az | bizi özünüzə Simsar bilin
Strateji Araşdırmalar Mərkəzinin direktoru işdən çıxarılıb

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev tutduğu vəzifəsindən azad edilib.

Bu barədə məlumatı Simsar.az xəbər portalına SAM-ın mətbuat xidmətinin rəhbəri Anar Hüseynov verib. Onun sözlərinə görə, Azərbayca Respublikasının Prezidenti İlham Əliyev Elxan Nuriyevin tutduğu vəzifədən azad edilməsi barədə Sərəncamı bu il yanvarın 21-də imzalayıb. SAM-ın direktoru vəzifəsinə hələlik yeni təyinat olmayıb və onun vəzifələrini müvəqqəti icra edən şəxs yoxdur. Hal-hazırda SAM-a direktor müavini Gülşən Paşayeva rəhbərlik edir.

Xatırladaq ki, Elxan Nuriyev Prezident İlham Əliyevin sərəncam ilə 2008-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdi.

16 Fevral, 2011  16:12 Baxılıb: 2080

Bu bölmədə