ATƏT Parlament Assambleyasının qış sessiyasının gündəliyi açıqlanıb
ATƏT Parlament Assambleyasının fevralın 24-25-də Vyanada keçiriləcək 10-cu qış sessiyasının gündəliyi açıqlanıb. sessiyada Misir və Tunisdə baş verən hadisələr əsas müzakirə mövzusu olacaq. Qurumun siyasi məsələlər və təhlükəsizlik komitəsində Qırğızıstanda mövcud durum, demokratiya, insan haqları və humanitar məsələlər komitəsində Belarusda vəziyyət, ATƏT-in bu ölkədəki ofisinin bağlanması məsələsi müzakirə olunacaq. Sessiyanın açılış mərasimində ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis və Avstriya parlamentinin spikeri Barbara Prammer çıxış edəcəklər. Sessuyada ATƏT-ə üzv 55 ölkədən 250-dən artıq parlamentar iştirak edəcək.
16 Fevral, 2011 16:12 ⁄ Baxılıb: 1526
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |