Simsar.az | bizi özünüzə Simsar bilin
Yəməndə vəziyyət gərginləşir

Yəməndə qarşıdurmalar səngimir.

Simsar.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, fevralın 15-də Səna şəhərində prezident Əli Abdul Salehin istefasını tələb edən aksiyaçılarla polis arasında baş verən qarşıdurmada onlarla insan yaralanıb. Yaralılar arasında müxalifətçi deputat Əhməd Seif Xaşid də var. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazlardan və rezin dəyənəklərdən istifadə edib. BBC prezident tərəfdarlarının da aksiyaçıların dağıdılmasına polisə kömək etdiyini yazıb. Müxalifət isə bu gün daha böyük kütləvi aksiyanın keçiriləcəyini bəyan edib.

Qeyd edək k ki, Əli Abdul Saleh artıq 32 ildir, hakimiyyətdədir.

16 Fevral, 2011  15:47 Baxılıb: 1891
Teqlər :

Bu bölmədə