Simsar.az | bizi özünüzə Simsar bilin
İordaniya kralı geri çəkilir

İordaniyada kralı II Abdulla müxalifətin təzyiqləri qarşılığında növbəti dəfə güzəştə gedib.

Simsar.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, II Abdulla aksiyaların keçirilməsinə qoyulan qadağanı ləğv edib.

Bundan sonra İordaniyada hakimiyyət mitinq və yürüşlərin keçirilməsinə qadağa qoyulmayacaq, bunun üçün xüsusi icazə alınması da gərək olmayacaq.

Qeyd edək ki, bundan əvvəl İordaniya kralı ölkədə keçirilən etiraz aksiyaları fonunda hökuməti istefaya göndərib. Yeni qurulan hökumətə müxalifət təmsilçiləri, o cümlədən Müsəlman Qardaşları Hərəkatının 1 təmsilçisi daxil edilib.

16 Fevral, 2011  15:41 Baxılıb: 1661
Teqlər :

Bu bölmədə