Simsar.az | bizi özünüzə Simsar bilin
Hüsnü Mübarək Misiri tərk etmək istəmir

Misirin devrilmiş prezidenti Şarm əş-Şeyxdəki iqamətgahındadır və onun səhhəti normaldır.

Simsar.az xəbər portalının «Reuters»ə istinadən verdiyi məlumata görə, o, ailəsilə birlikdə yaşayır və gün ərzində saysız-hesabsız telefon zənginə cavab verir.

Xatırladaq ki, 2 gün öncə Mübarəkin komaya düşdüyünə dair xəbər yayılmışdı.

Sabiq prezidentə yaxın mənbə 82 yaşlı Mübarəkin Misiri tərk etməkdən birmənalı şəkildə boyun qaçırdığını bildirir.

16 Fevral, 2011  15:20 Baxılıb: 1645
Teqlər :

Bu bölmədə