Azerbaycan Prezidenti bir sıra hökümətlərarası sərəncamı təsdiqləyib
Azerbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı bir sıra hökümətarası sərəncamı təsdiqləyib, məlumatı AzərTAc dövlət agentliyi yayıb. Sərəncamlara əsasən, 2011-ci il yanvarın 13-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş, 2010-cu il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatlarının “Uşaqların Xilası” (Save the Children) Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin təhvili haqqında Saziş, 2011-ci il yanvarın 10-da Əl-Küveyt şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş, 2011-ci il yanvarın 17-də Riqa şəhərində imzalanmış “Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirləri Xidməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş, həmçinin 2010-cu il iyunun 7-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqli üzrə Anlaşma Memorandumu təsdiq edilib.
16 Fevral, 2011 14:16 ⁄ Baxılıb: 1823
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |