Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlik həyəcan yaradır - ATƏT-in sədri
Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlik həyəcan yaradır. Bunu çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasında çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis bildirib. Məlumatı ATƏT-in rəsmi saytı yayıb. "Bu uzadılmış münaqişənin Minsk qrupu həmsədrlərinin daha fəal iştirakı yolu ilə nizamlanmasında ATƏT-in rolu davam edəcək. Mən münaqişə tərəflərini etibarın möhkəmlənməsi üzrə tədbirlər görməyə, o cümlədən snayperlərin təmas xəttindən təxirə salınmadan çıxarılmasına və ATƏT-in monitorinqlər üzrə fəaliyyətinin möhkəmləndirməsinə çağıracam" deyə Ajubalis bildirib.
16 Fevral, 2011 14:08 ⁄ Baxılıb: 1597
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |