Simsar.az | bizi özünüzə Simsar bilin
"Müsəlman qardaşlar" siyasiləşəcək

Misirdə demokratiyaya keçid istiqamətində ilk addımlar atılır.

Simsar.az xəbər portalı TRT-yə istinadən bildirir ki, Misirdə Hüsnü Mübarək rejimindən sonra demokratiyaya keçid istiqamətində ilk addımlar atılır.

Ölkədə 30 ildir fəaliyyəti qadağan edilən "Müsəlman Qardaşlar" Birliyi siyasi məhdudiyyətlərin qaldırılmasından sonra partiyaya çevriləcəyini bəyan edib.
Hərbi hökumət tərəfindən formalaşdırılam komissiya hazırlanacaq Konstitusiyanın müvəqqəti olacağını açıqlayıb. Komissiya Konstitusiyadan azadlıqlarla bağlı məhdudiyyətlərin çıxarılacağını bəyan edib.

Ölkədə demokratiyaya keçid təqvimi hələ açıqlanmayıb. Hərbi rejim yeni Konstitusiya hazırlanıb seçkilər başa çatana qədər iqtidarda qalacağını açıqlayıb.
Digər tərəfdən, ölkədə hərbi iqtidarın xəbərdarlıqlarına baxmayaraq, poçt xidmətlərindən dəmir yollarına, birjadan dəmir fabriklərinə qədər müxtəlif sektorlarda tətil və talanlar davam edir.

16 Fevral, 2011  02:30 Baxılıb: 1669
Teqlər :

Bu bölmədə