Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda 1 tondan çox keyfiyyətsiz kolbasa məhsulu aşkar edilib

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Anar Rzayevə məxsus istehsalat sahəsində istehsal olunmuş kolbasaların üzərində saxlama müddətinin göstərilmədiyi aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Müəssisə Sabunçu rayonunda yerləşir. Aparılan araşdırmalar zamanı "Kurinaya", "Russkaya", "Servelat", "Lyubitelskaya", "Qovyajaya", "Moloçnaya", "Moskovskaya", "Halal Prima", "Halal", "Oxotniçiy", "Sinyuqa", "Doktorskaya" kolbasalarının gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə müəssisənin anbarında saxlama müddəti ötmüş 20 kq ədviyyatın olduğu müəyyən edilib.

Beləliklə, Dövlət Xidməti gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edilmiş 755 kq kolbasa və 250 kq etiketlənməmiş kolbasa məhsulları, habelə saxlama müddəti ötmüş 20 kq ədviyyat məhv edilib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar kolbasa istehsalı və satışının dayandırılması və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış kolbasaların geri yığılması barədə sahibkara icrası məcburi göstəriş verilib.

Antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

16 Fevral, 2011  01:20 Baxılıb: 4196

Bu bölmədə