Prezident İlham Əliyev Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında sərəncam imzalayıb. Biometrik informasiya texnologiyaları əsasında Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin istehsalı və tətbiqi ilə bağlı “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin və tədbirlərin icrasını təmin etmək məqsədi ilə imzalanmış sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində elektron daşıyıcısı (çip) olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
16 Fevral, 2011 01:05 ⁄ Baxılıb: 1645
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |