Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı ilə bağlı növbədənkənar çıxış olacaq
Türkiyə parlamentinin həyətində faciənin ildönümü münasibətilə mitinq də keçiriləcək. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahinin Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla görüşündə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsevər Salmanov məlumat verib. E. Salmanov müzakirə olunan məsələlər arasında Xocalı soyqırımı ilə bağlı tədbirlərin xüsusi yer tutduğunu qeyd edib: “Bildiyiniz kimi, Xocalı faciəsinin ildönümü ilə əlaqədar səfirliyimiz tərəfindən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq keçiriləcək silsilə tədbirlərdə TBMM üzvlərinin iştirakı barədə razılıq əldə olunub”.
16 Fevral, 2011 00:58 ⁄ Baxılıb: 1726
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |