Azay Quliyev məsləhət xidməti yaratdı
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq, QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi illik maliyyə hesabatlarının tərtibi işində təşkilatlara kömək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən (Bakı şəhərində, Şuranın ofisində: F. Əmirov küç.1, 2-ci mərtəbə) iş günlərində məsləhət xidməti təşkil edilib. Şuranın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, QHT-lər lazımi məsləhətlər almaq üçün bu xidməti həyata keçirən Şura əməkdaşlarına qəbul qrafikində göstərilmiş günlərdə müraciət edə bilərlər.
15 Fevral, 2011 22:22 ⁄ Baxılıb: 1592
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |