Simsar.az | bizi özünüzə Simsar bilin
Kralın səhhəti pisləşir

ABŞ mətbuatı Qərb kəşfiyyatına istinadən sensasiyalı məlumat yayıb

Belindəki yırtıqdan və ürək-damar xəstəliklərindən əziyyət çəkən, 2010-cu ilin sonlarında Nyu-Yorkda cərrahi əməliyyat olunan Səudiyyə Ərəbistanın kralı Abdullanın şüurunun zəifləməsi müşahidə olunur. 


ABŞ-ın “World Tribune” qəzeti Qərb ölkələrinin kəşfiyyatına əsaslanaraq, belə məlumat yayıb. Hazırda Mərakeşdə reabilitasiya kursu keçən 86 yaşlı kralın səhhəti son bir neçə gündə kəskin pisləşib. Məhz buna görə də keçən həftənin cümə axşamı hətta kral Abdullanın ölümü barədə də xəbər yayılıb və bu, sonradan Səudiyyə Ərəbistanının xarici işlər naziri Saud əl-Feysəl tərəfindən təkzib edilib. 


Ancaq Qərb kəşfiyyatı kral Abdullanın yaxın günlərdə öləcəyinin gözlənilmədiyini, bununla belə onun ağlını itirməsi prosesinin davam edəcəyi qənaətindədir.

“World Tribune” yazıb ki, kral Abdulla Misirdə hadisələrin gərgin anında ABŞ prezidenti Barak Obmaya telefon açaraq, yaxın dostu Hüsnü Mübarəkin müdafiə edilməsini tələb edəndə ağır vəziyyətdə olub.

15 Fevral, 2011  16:08 Baxılıb: 1549

Bu bölmədə