Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ və Argentina arasında inanılmaz narkotik qalmaqalı

Argentinada ağlagəlməz fakt aşkarlanıb.

Simsar.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, fevralın 10-da Buenos-Ayresə ABŞ Hərbi Hava Qüvvələrinin “S-17” nəqliyyat təyyarəsi enib.

ABŞ tərəfi öncədən təyyarədə Argentina polisi ilə keçiriləcək birgə təlim zamanı istifadə ediləcək akkumulyator, dərman ləvazimatları olduğunu bəyan edib. Ancaq Argentina gömrükçüləri təyyarəyə baxış keçirərkən orada böyük dozalarda morfin aşkarlayıb. Narkotik vasitə müsadirə olunub və Argentina hökuməti ABŞ-dan olayla bağlı birgə tədqiqat aparmağı tələb edib. Argentina və ABŞ polisinin planlaşdırılan birgə təlimi də ləğv edilib.

ABŞ Dövlət Departamenti isə bəyan edib ki, “C-17”-nin göyərtəsində akkumulyatorlar və adi dərman ləvazimatları olub. Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli deyib ki, Argentina hakimiyyətinin hərəkətlərinə təəccüblənir və narahat olurlar: “Həm də ABŞ təyyarəsinə baxış keçirmək ABŞ tərəfi ilə razılaşdırılmayıb. Biz Argentina hakimiyyətini bizim ləvazimatları geri qaytarmağa çağırırıq”.

15 Fevral, 2011  15:30 Baxılıb: 1641
Teqlər :

Bu bölmədə