Simsar.az | bizi özünüzə Simsar bilin
Cənubi Koreyada rekord qar yağıb

Cənubi Koreyanın şərqi hissələrində son 100 ildə ən ağır qar yağıb.

Simsar.az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, nəticədə sürücülər yollarda ilişib qalmış, binalar uçmuşdur.

Minlərlə əsgər qarı təmizləmək və sakinlərə ərzaq paylamaq üçün səfərbər olunublar.  Cümə və şənbə günləri bir metrdən artıq hündürlükdə qar yağıb.  Sonuncu dəfə bu səviyyədə qar 1911-ci ildə qeydə alınmışdı.

Qanqvon vilayətində dəyən zərərin həcminin 4 milyon dollar olduğu təxmin olunur.

Lakin qarın yağması heç də hamının əhval-ruhiyyəsini korlamayıb.  Cənubi Koreyanın 2018-ci il Qış Olimpiya Oyunları üçün müraciətini nəzərdən keçirmək məqsədilə regiona gələn beynəlxalq olimpiya rəsmiləri gördüklərindən məmnun qalıblar.

15 Fevral, 2011  02:59 Baxılıb: 1770

Bu bölmədə