Simsar.az | bizi özünüzə Simsar bilin
Misirdə hökumət qulluqçuları etiraz nümayişləri keçirir

Simsar.az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki,  polis də daxil olmaqla, minlərlə insan prezident Hüsnü Mübarəkin istefasından sonra hökumət qulluqçularının aksiyalarının bir hissəsi olaraq Qahirədə nümayiş keçirir.

Bir neçə yüz insan Təhrir meydanında toplaşaraq etiraz aksiyası keçirir. Misrin hər yerində polis işçiləri maaşların artırılması daxil olmaqla, bir sıra tələblərlə  nümayişlərə başlayan hökumət qulluqçualarına qoşulub.

Misir hərbi qüvvələrində mənəbənin Assoşieyted Press agentliyinə verdiyi məlumata görə, hərbi şura həmkarlar ittifaqlarının akasiyalarını qadağan edəcək və itaətsizliyə qarşı ölçü götürəcək. Mənbə bildirib ki, bunun əsas məqsədi ölkəni nörmal ritmə qaytarmaqdan ibarətdir.

15 Fevral, 2011  02:35 Baxılıb: 1637
Teqlər :

Bu bölmədə